Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:35

-

«Bakı Metropoliteni» «Bakı Kart» vahid nağdsız ödəniş kartlarına keçir.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Yeni gediş kartlarının və müvafiq avadanlığın təqdimatı avqustun 6-da keçiriləcək.

Kartların satışa avqustun 8-i çıxarılacağı gözlənilir.

Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.

Stansiyalarda «Bakı Kart»ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.

Yeni kartların qiyməti 2 manatdır.

Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG