Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:42

«Qarabağ»ın rəqibi yalnız istidən qorxur


«Celtic» Qlazqoda «Qarabağ»ı 1-0 hesabıyla udub.

«Celtic» Qlazqoda «Qarabağ»ı 1-0 hesabıyla udub.

-

Şotlandiyanın «Celtic» klubunun baş məşqçisi Ronny Deila oyunçuları Çempionlar Liqasında duruş gətirməyə həvəsləndirib. Böyük Britaniyanın «Daily mail» qəzeti yazır ki, avqustun 5-də Şotlandiya çempionları Bakıda, Tofiq Bəhramov adına stadionda «Qarabağ» komandası ilə qarşılaşacaq və eyni zamanda əsəbləri 30 minlik auditoriyanın «düşmən» münasibətindən tarıma çəkiləcək.

BU QƏDƏR BƏSİT

«Bakıda temperatur 38 dərəcəyə yaxınlaşıb. Delia-nın oyunçuları ölkəyə qədəm qoyandan az əvvəl azacıq düşüb», - qəzet yazır.

«Celtic» Qlazqoda «Qarabağ»ı 1-0 hesabıyla udub. İndi də Deila israr edir ki, şəraitin pisliyi uğursuzluğa bəhanə ola bilməz. Ondan Bakıdakı stadionun ot örtüyü və hava barədə soruşublar:

«Bunları idarə edə bilmiriksə, onda Çempionlar Liqasında nə işimiz var? Məsələ bu qədər bəsitdir», - baş məşqçi deyib.

«Ot örtüyü yaxşı deyil. Hamı bu fikirlə razıdır. Ancaq olan budur. Ya matəmə qərq olmalıyıq, ya da ki eləməli olduğumuz işə hazırlaşa bilərik. Oyunçular məndə güclü təəssürat oyadıb. Onlar Şotlandiyada müxtəlif ot örtükləri üzərində oynayıb və durumu idarə ediblər. Bu məsələ sabah da vacib olacaq».

«ÇEMPİONLAR LİQASI SƏVİYYƏSİ DEYİL»

Deila köməkçiləri John Collins və John Kennedy dünən (avqustun 4-də- red.) stadionda ot örtüyünə baxıblar. «Daily mail» yazır ki, ot örtüyünə nəzarət edən şotland Steven McKinnon və müvafiq şirkət intensiv iş aparıb və oyun planlaşdırıldığı kimi keçiriləcək.

«Celtic»in baş məşqçisi ötən mövsüm Şotlandiyadakı ot örtüklərindən narazı idi. Bakıyla bağlı deyib ki, «bu, onlardan pis deyil. Elə həmin səviyyədədir. Şotlandiyada narazı idim, burda da belədir. Niyə də narazı olmayım? Hamı anlayır ki, bu, Çempionlar Liqası səviyyəsi deyil. Ancaq yenə də deyim ki, olan budur».

Delia onu da deyib ki, oyun vaxtı temperatur 30 dərəcədən yuxarı olarsa, oyunçular üçün su fasiləsinə icazə istəyəcək.

«Bu, təkcə bizimkilərə deyil, bütün oyunçulara təsir edəcək. Ancaq bu cür oyunlarda təcrübəmiz var. Taktiki baxımdan yaxşı oynamalıyıq, fikrimizi cəmləməli və intizamlı olmalıyıq».

«Qarabağ»-«Celtic» qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına stadionda Bakı vaxtilə 21:30-da başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG