Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18

Parlament seçkiləri günündə bütün məntəqələrdə müşahidə kameraları olacaq. Artıq bu yöndə işlərə başlanıb. Bu haqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.

«Aztelekom» MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirovun sözlərinə görə, məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanlarla bağlı təhlillərə başlanılıb:

«Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanı dəyərləndirilir. Qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsi ilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar».

Bundan başqa, Naxçıvan MR da daxil olmaqla bütün regionlarda - 1000-dən yuxarı seçki məntəqəsinin də kameralarla təchiz olunacağı gözlənilir. «Aztelekom» MMC-nin texniki direktoru Zahir Vəliyev bununla bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verildiyini bildirib.

Nazirlik bildirir ki, seçki günü istər Azərbaycanda, istərsə də başqa ölkədə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla seçki prosesini izləmək mümkün olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG