Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

-

Tarif Şurasının qərarı ilə qiyməti aşağı salınan dərman preparatları ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün lazımdır. Trend-in verdiyi məlumata görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavininin sözlərinə görə, ilin sonunadək Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin martına kimisə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq.

O, bildirib ki, Tarif Şurası indilik 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimləyib: "Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılıb, Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb".

Nazir müavini bildirib ki, dərmanların qiymətinin təyin olunması məqsədilə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir: "Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub".

E.Ağayev yeni satış qiymətlərinin sentyabrın 15-dən qüvvəyə minməsini belə izah edib: "Hazırlıq işlərinin, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq".

Günün bütün mövzuları

XS
SM
MD
LG