Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

-

Ukrayna prezidenti Petro Poroshenko avqustun 4-də generallarını toplayıb. Bu arada onun rusiyapərəst separatçılarla toqquşmalara son qoymaq üçün danışıqlar cəhdləri alınmayıb, zorakılıq isə artır.

“Konfliktin genişlənməsi halında müdafiəmizi gücləndirmək planı müəyyənləşdirməliyik,” Poroshenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvlərinə deyib.

Şuranın katibi Oleksandr Turchynov ötən gecə raket hücumlarında daha 3 əsgərin həlak olduğunu bildirib. Kiyev avqustun 3-də 4 əsgərinin həlak olması barədə məlumat yayıb.

Bu arada Minskdə sülh danışıqlarında problem yaranıb. Poroshenko avqustun 3-də danışıqlara şəxsi elçisini göndərib. Ancaq Avropanın vasitəçiliyi ilə keçirilən danışıqlar alınmayıb. Separatçılardan birinin sözlərinə görə, Kiyev strateji sahələrdən qüvvələrini geri çəkməkdən imtina edib. Silahlılar Kiyevi sülh danışıqlarında “təxribat” yaratmaqda ittiham edib.

XS
SM
MD
LG