Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

-

Azərbaycanın Qəbələ şəhəri avqustun 6-dan 16-dək Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək. Xəbəri AZƏRTAC yayıb. Bu yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada təşkil olunub. Yarışın 6-cı mərhələsi, yəni final görüşləri isə Qəbələdə keçiriləcək.

Yarışda 100-dək ölkədən 2 minə yaxın idmançı, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də iştirak edəcək.

Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqlar.

Avqustun 7-də Qəbələdə yarışların təntənəli açılış mərasimi olacaq. Avqustun 16-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG