Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin köməyi olmadan belə ağır su ilə çalışan nüvə reaktorunun tikintisini başa çatdıracaq.
Bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Qulamrza Ağazadə deyib.
Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İran hökumətini bu niyyətdən daşınmağa çağırsa da, Tehran nüvə proqramından əl çəkmək fikrində deyil.
Bu cür nüvə reaktorlarından nüvə silahının istehsalında da istifadə oluna bilər. Lakin Tehran nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.