Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39

.

“Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi” İctimai Birliyinin sədri və “Yüksəliş naminə” on-line nəşrinin redaktoru Elçin Məmməd avqusun 4-də DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağrılıb.

Bu barədə o özü AzadlıqRadiosuna məlumat verib. Elçin Məmməd deyir ki, “bandotdel”də onunla 3 saat söhbət ediblər.

Birlik sədrinin polisə çağrılmasına onun beynəlxalq təşkilatlara müraciəti səbəb olub. O, mayın 29-da Strasburqdan qayıdanda Bakıda saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Burda 12 saat saxlanılıb. Üstəlik ölkədən çıxışına qadağa olduğunu da öyrənib.

Bundan sonra Elçin Məmməd saxlanmasının və ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün bir çox yerə müraciət etdiyini deyir.

Lakin bu müraciətlər cavabsız qalır.

Daha sonra Elçin Məmməd beynəlxalq təşkilatlara bu barədə yazır. Elə Elçin Məmmədin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağrılmasının səbəbi də budur:

“Orda bildim ki, "Front Line Defender" beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan XİN-dən mənimlə bağlı məlumat verməsini istəyib. XİN də barəmdə lazımi məlumatların toplanması üçün DİN-ə müraciət edib. Ordan da müraciət MCMBİ-yə gedib. Məni də çağırmışdılar ki, danlasınlar, psixoloji təzyiq göstərsinlər. Dedilər ki, niyə onlara yazmısan. Onlara dedim ki, beynəlxalq təşkilatlara müraciət etməyə məcbur idim, belə ki, ölkəni tərk etməyimə qadağa qoyulmasının səbəbləri haqqında heç bir izahat almadım.”

Elçin Məmməd deyir ki, “bandotdel”də ona QHT- lərə qarşı olan cinayət işində adının hallandığını deyiblər:

“Bu təhqiqat bir ildən çoxdur davam edir və bu müddət ərzində mən ölkəni tərk etmişəm. Niyə bir il sonra ölkədən çıxmağıma qadağa qoyulsun?"

Elçin Məmməd deyir ki, maydan sonra Sumqayıt polisi də onu nəzarətə götürüb. Sahə müvəkkili tez-tez onu soraqlayır. O, rayona gedəndə də izahat yazıb sahə müvəkkilinə təqdim etmək məcburiyyətində qaldığını deyir.

Elçin Məmməd deyir ki, maydan sonra Sumqayıt polisi də onu nəzarətə götürüb. Sahə müvəkkili tez-tez onu soraqlayır. O, rayona gedəndə də izahat yazıb sahə müvəkkilinə təqdim etmək məcburiyyətində qaldığını deyir.

Sumqayıt Şəhər Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, “şəxs nəzarət və s. haqda çox şey deyə bilər, amma bizdə belə bir məlumat yoxdur”.

İş saatı bitdiyindən məsələ ilə bağlı digər rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmadı.

Bir ildən çoxdur ki, bəzi QHT-lərə qarşı cinayət işi açlıb, bank hesabları dondurulub, rəhbərləri isə həbs edilib.

“QHT işi” ilə əlaqədar bir neçə ictimai fəala, jurnalistə ölkəni tərk etmək qadağası qoyulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG