Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

.

”Rusiya heç vaxt Belarusla hərbi münaqişəyə girməyəcək”.

Bunu Belarusun prezidenti Alyaksandr Lukashenka avqustun 4-də AzadlıqRadiosunun müxbirinin ”Belarus da Ukraynanın taleyini yaşaya və hücuma məruz qala bilərmi" sualına cavabında deyib.

”Tutaq ki, sabah kimsə Polesye-nin bir parçasını əldə etmək istədi. Təsəvvür edirsinizmi mənim və bizim xalqımızın reaksiyası necə olar. Biz torpağımızın hər qarışı üçün savaşarıq" - deyə Lukashenko bildirib”.

Polesye çoğrafi bölgəsi 4 ölkənin Belarus, Polşa, Rusiya və Ukraynanın ərazisinə düşür.

Bu, Belarus prezidentinin radioya son 20 ildə ilk müsahibəsidir.

Prezidentliyə keçmiş namizəd, hazırda həbsdə olan müxalifətçi Nikolay Statkeviçin taleyinə gəlincə, prezident deyib:

”Qeyri-səmimi danışmayacam. Bu məsələnin həlli yalnız məndən asılıdır. Onu buraxsaq, seçkilərə qədər buraxacağıq (bu il oktybrın 11-də keçiriləcək prezident seçkiləri nəzərdə tutulur - red.). Əgər buraxilmasa da, buraxılmayacaq. Yaxın vaxtlarda bu haqda məlumat əldə edəcəksiz”.

Statkeviç kütləvi iğtişaş törətməkdə ittiham olunur, onun azadlığa buraxılmasını Avropa Birliyi və ABŞ təkid edir.

Prezident müsahibəni AzadlıqRadiosunun Belarus xidmətindən başqa “Evroradio” və tut.by saytının əməkdaşlarına da verib.

Bu ilin əvvəlində - yanvarın 29-da Minskdə keçirilən mətbuat konfransında AzadlıqRadiosunun Belarus xidmətinin əməkdaşı Valeriy Kalinovski prezidentdən müsahibə xahiş etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG