Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:41

-

Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı çətin durumdadır.

Vanessa Sahinovic-in həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir.

Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar. Bunu Avstriyanın sport.at saytı yazır.

“Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır.

Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər - münasib torpaq sahəsində münasib bir ev” - deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir.

Məqalə videodan sonra davam edir

Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu.

Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, "sürücü" qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir.

Avstriyalı həkimlər Sahinovic-in üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər.

Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, "sürücü" qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.

İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG