Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Azərbaycan İranla işçi qrupu yaradır


dəmiryolu
dəmiryolu

-

Azərbaycan və İran "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə işçi qrupu yaradır. Məqsəd mövcud vəziyyətin təhlili və mövqelərin razılaşdırılmasıdır.

Trend-in məlumatına görə, bu qərar Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundinin görüşünün yekunları üzrə qəbul edilib.

Görüşdə hər iki ölkə üçün bu layihənin böyük önəmi vurğulanıb.

Qeyd edək ki, "Şimal-Cənub" dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir, Azərbaycan və Rusiya dəmiryollarının birləşməsi üçün əlaqələndirici halqa rolunu oynayacaq.

XS
SM
MD
LG