Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

-

“İndeks” MMC onunla eyni ünvanı paylaşan “Paşa Development” MMC-yə qoşulduğunu elan edib.

“İndeks”in rəhbəri “Paşa Holdinq” şirkətlər qrupunun strukturuna daxil olan şirkətlərin bir neçəsinə başçılıq edən Vüqar Rəhmətovdur.

Odur ki, ehtimal etmək olar ki, “İndeks” MMC-nin “udulması” holdinq şirkətlərində optimallaşdırma tədbirlərinin bir hissəsidir.

Şirkətin özü bu haqda bir açıqlama verməyib.

Qeyd edək ki, 2012-ci ildə “Paşa Development”lə eyni vaxtda yaradılan “İndeks” MMC –nin nə işlə məşğul olduğu məlum olmasa da, təkcə nizamnamə kapitalına 20 milyon manat vəsait yatırılıb. “Paşa Development” MMC-nin kapitalı isə yarandığı son 3 il ərzində 16 milyon manatdan 220,2 milyon manata yüksəlib.

Holdinqin saytında yazılır ki, “Paşa Development” daşınmaz əmlakın alınması, inkişafı və idarə edilməsində iştirak edir.

“Paşa Holdinq”ə prezidentin qızları Arzu və Leyla Əliyevalar “ADOR” MMC vasitəsilə nəzarət edirlər. Bu ilin əvvəlinə qrupun aktivləri 3 milyard, xüsusi kapitalı isə 800 milyon manat idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG