Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

- Qərb ədəbiyyatı öz-özünü sorğulayır

Bu həftə İngiltərədə Misogyny Book Club adlı radio verilişi açılıb. Veriliş hər günorta yayımlanır.

Jo Fidgen verilişin təşəbbüskarı və aparıcısıdır. O, dinləyicilərin də iştirakıyla bəzi dünyaca məşhur və sevilən kitabların qadınlar haqda nə dediyini araşdırır.

Nəfəs aldığımız havanın bir hissəsi olan bir çox məşhur ədəbi əsərlər mədəniyyətimizdə qadınlara nifrət yaranmasına ilham verir, - veriliş belə əsərləri üzə çıxarır.

Bunun üçün İncildən "Bozun əlli çaları"na qədər çoxlu məşhur ədəbi əsərlər nəzərdən keçirirlər.

Məsələn, İncildəki Həvva obrazı. "İstəyirsən dinə inan, istəyirsən yox, onun "ilk qadın" olmasından qaçış yoxdur. Həvvanın adı ikiüzlü, yüngülbeyin, məsuliyyətsiz Qadının sinoniminə çevrilib."

Yaxud yazıçı Charles Perrault'un əsərlərinin verdiyi mesaj budur: "Qadının hər şeylə maraqlanması cəzalandırılmalıdır."

Onun, yaxud Şekspirin “Hamlet”-ində qadınlara münasibət Feminizmdən əvvəlki məsələ idi, onları öz dövrlərinə görə haradasa başa düşmək olar.

D.H. Lawrence’in “Oğullar və Sevgililər" kimi bestseller əsərləri isə Feminizmin bir neçə dalğası keçəndən sonra hələ də ədəbiyyatda güclü qadın əleyhinə yanaşmanın olduğunu göstərir.

Bütün bu əsərlər bizim uşaqlarımıza qadınlara nifrət etməyi öyrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG