Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

-

Fövqəladə Hallar Nazirliyi (FHN) son günlər ölkə ərazisindəki otlaqlarda, meşələrdə baş verən yanğınlarla bağlı əhaliyə müraciət edib.

Nazirlik bildirir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu yanğınların əsas səbəblərindən biri insanların ehtiyatsızlığıdır.

FHN təbiətdə istirahət edənlərdən odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parçaları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazilərdə ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı xahiş edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG