Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39

Kosovo xüsusi məhkəmə yaradır


Priştinada parlamentin iclası, 3 avqust, 2015-ci il

Priştinada parlamentin iclası, 3 avqust, 2015-ci il

-

Kosovo parlamenti etnik alban olan keçmiş partizanların iddia olunan cinayətlərlə bağlı mühakiməsi üçün xüsusi məhkəmənin yaradılmasını nəzərdə tutan qanun qəbul edib.

Konstitusiya dəyişikliklərini avqustun 3-də 120 yerlik parlamentdə 82 deputat dəstəkləyib. Təxminən bir ay öncə birinci səsvermə baş tutmamışdı.

Birləşmiş Ştatlar və Avropa Birliyi Kosovonu belə bir məhkəmə yaratmağa çağırırdı. Məqsəd etnik alban döyüşçüləri mühakimə etməkdir. Onlara qarşı ittihamlar sırasında 1998-99-cu illərdə Serbiya hakimiyyətinə qarşı üsyan zamanı orqan alveri də yer alır.

Kosovo Azadlıq Ordusu (UCK) hazırda buraxılıb. İllər boyu onun üzvlərinə etnik serb əsirlərin orqanlarını çıxarıb qara bazarda satmaq iddiaları irəli sürülüb.

Kosovonun etnik alban çoxluğu, eləcə də əsasən keçmiş UCK döyüşçüləri olan liderləri bu iddiaları rədd edir, məqsədin üsyana kölgə salmaq olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG