Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

-

Separatçı Dağlıq Qarabağın lideri Bako Sahakyanın rəsmi saytında göstərilir ki, o, "Rusiya Federasiyasının 1-ci dərəcəli “Böyük Pyotr” ordeni" ilə təltif edilib.

Bu orden Rusiya dövlətinin rəsmi təltiflərinin sırasında yoxdur.

1-ci dərəcəli “Böyük Pyotr” adlı ordeni 2008- ci ildə qanunsuz olaraq dövlət təltiflərinin bənzəri olan orden və medallar hazırladığına görə ləğv olunmuş ictimai təşkilat - Təhlükəsizlik, müdafiə və hüquq-mühafizə Akademiyası təsis edib.

Sahakyan rəsmi saytında özünü bu Akademiyanın həqiqi üzvü kimi təqdim edib.

2015-ci ilin iyulunda erməni jurnalist Vaqram Aqacanyan Rusiyanın Ermənistandakı səfirliyinə müraciət edərək Sahakyanı hansı elmi fəaliyyətinə görə Akademiya üzvü seçildiyini, ona hansı xidmətlərinə görə “Böyük Pyotr” ordeni verildiyini soruşur.

Azərbaycandakı sosial media fəalları bu müraciətə istinadən avqustun 3-də Rusiya dövlətini separatçıların liderinə orden verməkdə qınayıb.

İnternet resurslarında qeyd edilir ki, Təhlükəsizlik, müdafiə və hüquq-mühafizə Akademiyası adlı ictimai təşkilat 2000-ci ildə Rusiya Təhlükəsizlik Şurası katibinin 1-ci müavini Mixail Fradkovun yardımı ilə yaradılıb.

Bu da qalmaqallı "1-ci dərəcəli Böyük Pyotr ordeni"

Bu da qalmaqallı "1-ci dərəcəli Böyük Pyotr ordeni"

2002-ci ilin avqustunda təşkilat Dövlət Duması Təhlükəsizlik Komitəsinin elmi-ictimai mərkəzi kimi təsdiqlənib (milli təhlükəsizlik sahəsində qanunvericilik fəaliyyətinin elmi-təhqiqat təminatı üçün).

Təşkilatın ordeni Sahakyana nə vaxt verməsi haqda məlumat əldə etmək mümkün olmayıb.

2005-ci ildə Qırğızıstanın (sonradan devrilən) prezidenti Kurmanbek Bakiyevin də belə bir ordenə layiq görüldüyü barədə məlumat yayılmışdı. Amma ona ordeni dövlət məmurları yox, sözgüdən akademiyanın vitse-prezidenti təqdim etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG