Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Dünyanın ən isti yerləri – qışda 37 dərəcə isti...


-​ Banqkok (Tailand)

Tailandın paytaxtı Banqkok dünyanın ən isti şəhəri sayılır. Burda ilboyu yaydır. İl ərzində temperatur az dəyişir. Yanvar ayında temperatur 37 dərəcəyə qalxa bilir.

Aylar arasında ən istiləri mart-apreldir. Bu aylarda temperatur başqa aylar ilə müqayisədə bir qədər yüksək ola, 40-ın üstünə qalxa bilər. Şəhərin əhalisi 8 milyon nəfərdir.

Banqkok

Banqkok

Ölüm vadisi (ABŞ)

Kaliforniyadakı Ölüm vadisində 1913-cü ilin iyulunda 56.7° isti qeydə alınıb. Bu da indiyəcən dünyada ölçülüb qeydiyyatı aparılmış ən isti havadır. Yayın ortasında orta temperatur 47 dərəcədir.

Ölüm vadisi

Ölüm vadisi

Al-Aziziyah (Liviya)

Liviya paytaxtından təxminən 50 kilometr cənubda eyniadlı səhrada yerləşən bu şəhərdə 40 min nəfər yaşayır. Temperatur yanvarda 33, avqustda 56 dərəcəyə qalxa bilir (1922-ci ildə burada 57.8 dərəcə isti qeydə alınması haqda məlimat mübahisəlidir).

Dallol (Efiopiya)

Bu yaşayış məntəqəsi dəniz səviyyəsindən təxminən 100 metr aşağıda yerləşir. Ərazidə aktiv vulkanlar var. Yerdən daim lava və qazlar çıxır. Dünyada yaşayış məskəni üçün ən yüksək orta illik temperatur burada qeydə alınıb: 34.6°. Burada azsaylı köçəri tayfa yaşayır. Dəvə onlar üçün həm nəqliyyat vasitəsidir, həm də əsas qida mənbəyi. Burada duz mədəni də var.

Dasht-e Lut (Iran)

Lut səhrasında 2004-2005-ci illərdə qumun istiliyi 70°-yə çatıb. Bu da Lut səhrası üçün rekord göstəricidir.

Lut səhrası

Lut səhrası

Günün bütün mövzuları

XS
SM
MD
LG