Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

Ərəblərin İran narahatlığı


John Kerry (solda) Qətər əmiri Sheikh Tamim bin Hamad al-Thani ilə, Doha, 3 avqust, 2015

John Kerry (solda) Qətər əmiri Sheikh Tamim bin Hamad al-Thani ilə, Doha, 3 avqust, 2015

-

Onlar bu müqavilənin İranı regionda söz sahibinə çevirəcəyini deyirlər...

ABŞ Dövlət katibi John Kerry bildirib ki, İranla nüvə sazişi regionda təhlükəsizliyi təmin edəcək.

“İranla müqavilənin Misiri və regiondakı bütün ölkələri əvvəlkindən daha təhlükəsiz edəcəyi qətiyyən şübhə doğurmur.” - Kerry avqustun 2-də Qahirədə jurnalistlərə deyib.

Aparıcı dünya dövlətləri və İran keçən ay Vyanada İranın Nüvə Proqramı haqda razılaşma əldə ediblər. Mütəxəssislər deyir ki, bu, Tehran üzərindəki sanksiyaları yumşalda bilər.

Qətərin xarici işlər naziri Khalid al-Attiyah Dohada Kerry-nin qarşılanması zamanı deyib ki, İranla nüvə razılaşması “mehriban qonşuluğa” yol açır.

Ərəb dövlətlərinin çoxu İranla müqaviləni müsbət qarşılasalar da, bir neçəsi buna görə narahatlığını ifadə edib. Onlar bu müqavilənin İranı regionda söz sahibinə çevirəcəyini deyirlər.

Kerry Qahirədəki çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar və Misir “İranın bölgədə sabitliyi pozan fəaliyyəti”nin olmasına inanır və ona görə də İran nüvə proqramının tamamilə dinc aparılmasını təmin etməlidir”.

Kerry həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xairici işlər naziri Adel al-Jubeir ilə Qətərin paytaxtı Dohada üçtərəfli görüş keçirəcək.

İyulun 14-də Vyanada əldə edilmiş nüvə razılaşmasında İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur.

Hələlik bu sazişin İran parlamentində səsə qoyulub-qoyulmayacağı bəlli deyil.

Ölkənin ali dini lideri Ayatollah Ali Khamenei bildirib ki, ölkənin milli maraqlarının qorunması baxımından sənəd hərtərəfli analiz edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG