Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

-

Azərbaycan prezidenti İlham Əliyev Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulmasına 5 milyon manat ayırıb. O, bununla bağlı avqustun 3-də sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş deyil, təchizatın müasir tələblərə cavab vermir. Buna görə də teatr binasının yenidən qurulması və təchizatı məqsədi ilə məbləğ Prezidentin ehtiyat fondundan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ayırılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dərbənddə XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG