Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54

-

Prezident İlham Əliyev ABŞ prezidenti Barack Obama-nın ad gününü təbrik edib.

Məlumatı president.az saytı yayıb.

İlham Əliyev təbrikində bildirib ki, Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir:

«Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir. İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir».

Prezident ümidvar olduğunu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən B.Obama-nın səyləri nəticə verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG