Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Azərbaycan alman televiziyasına etiraz edir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

-

Azərbaycanın Almaniyadakı səfirliyi «Deutsche Welle» ictimai yayım şirkətində iyulun 31-də efirə getmiş «Dağlıq Qarabağ münaqişəsində gərginlik artır» adlı verilişlə bağlı bu ölkənin rəsmi qurumlarına müraciət edəcək.

Bu haqda XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacəyev deyib ki, veriliş qərəzli, birtərəfli hazırlanıb. «Deutsche Welle»nin çəkiliş qrupunu işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi isə Azərbaycan ərazi bütövlüyünün və qanunlarının pozulmasıdır:

«Verilişdə yalnız Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin «hərbi və mülki nümayəndələri»nin yalan fikirlərinə yer ayrılır. Lakin münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir».

H.Hacıyev deyib ki, məsələni Almaniyanın aidiyyəti qurumlarının araşdıracağına və münasibət bildirəcəyinə ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG