Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:50

Gürcüstanda qadınlar kişilər qədər siqaret çəkir


Siqaret qutusunun üstündəki xəbərdarlığın gürcülər üçün əhəmiyyəti yoxdur

Siqaret qutusunun üstündəki xəbərdarlığın gürcülər üçün əhəmiyyəti yoxdur

Siqaret qutusunun üstündəki xəbərdarlığın gürcülər üçün əhəmiyyəti yoxdur, ölkədə siqaret çəkənlərin sayı artmaqda davam edir. Halbuki Gürcüstan keçmiş Sovet məkanında ilk ölkələrdəndir ki, tütünün reklamını qanunla qadağan edib. Gürcüstanda nə qəzetlərdə, nə də televiziyada, radioda siqareti reklam etmək olar. Dövlət müəssisələrində, xəstəxanalarda da siqaret çəkmək qadağandır.

Amma Tütün Məhsullarına Nəzarət Alyansının rəhbəri Georgi Baxturidze deyir ki, qanunların çoxu işləmir. Məsələn, qanuna uyğun olaraq parlament binasında siqaret çəkənlər üçün ayrı yer ayrılıb. Amma deputatlar qəbul etdikləri qanunları özləri pozurlar:


«Qadağan edən elanlar asılıb, ayrıca yer ayrılıb, amma real olaraq heç nə dəyişməyib. Üstəlik, deputatlar özləri elanı qopardıblar, sonra Qiqi Tereteli çıxıb çıxış etməli oldu ki, bəs uşaq deyilik axı. Sonra ikinci dəfə parlamentin binasının içində «siqaret olmaz» yazılan elanlar asdıq».


O da məlum olub ki, deputatlar dəhlizdə siqaret çəkməsələr də, kabinetlərində çəkirlər.


Tütün Məhsullarına Nəzarət Alyansı daha bir yoxlamaya hazırlaşır:


«Biz artıq gələn həftə üçün aksiyaya hazırlaşırıq. Aksiya nəqliyyat vasitələrində olacaq. Marşrut taksilərində, ictimai nəqliyyatda siqaret çəkmək olmaz. Qanun bunu tələb edir, amma elə sürücülərin 90%-i çəkir».


Maraqlıdır ki, Gürcüstanda həkimlər də çəkir. Statistikaya görə, həkimlərin 60%-i siqaret çəkir. Elə müəllimlər də, hərbçilər də, polis də həkimdən geri qalmır. Bütün bunlar isə yeniyetmələrə təsir edir. Tütün Məhsullarına Nəzarət Alyansının rəhbəri Georgi Baxturidze deyir ki, əvvəl Gürcüstanda siqaret çəkən ən cavan adam 12 yaşlı idi, indi siqaretdən istifadə edənlərin yaşı 12-dən aşağıdır:


«Gürcüstanda oğlanlar 9 yaşdan siqaret çəkməyə başlayırlar. 5 il əvvəlki statistika başlanğıcın 12 yaş olduğunu göstərirdi. Bundan başqa, qızlar arasında tütündən istifadə edənlərin sayı artır. Bir meyl də nəzərə çarpır ki, daha çox oğlanlar sonra siqareti atırlar, nəinki qızlar. Bu isə o deməkdir ki, 4-5 ildən sonra bu qızlar ana olanda, dəhşətli mənzərə yaranacaq»
«Oğlanlardan danışsaq, Gürcüstanda oğlanlar 9 yaşdan siqaret çəkməyə başlayırlar. 5 il əvvəlki statistika başlanğıcın 12 yaş olduğunu göstərirdi. Bundan başqa, qızlar arasında tütündən istifadə edənlərin sayı artır. Bir meyl də nəzərə çarpır ki, daha çox oğlanlar sonra siqareti atırlar, nəinki qızlar. Bu isə o deməkdir ki, 4-5 ildən sonra bu qızlar ana olanda, dəhşətli mənzərə yaranacaq. Bizim araşdırmalarımıza görə, ölü, ya da xəstə uşağın doğulması birbaşa ananın siqaret çəkib-çəkməməsindən asılıdır».


Tiflisin mərkəzində balaca dükanında siqaret satan Jenya xala da deyir ki, müştərilərinin çoxu qadınlardır:


- Qadınların 99%-i siqareti bizdən alır. Çox qadın çəkir. Kişilər də çəkirlər, amma onlar az siqaret çəkməyə çalışırlar, qadınlar isə çox.


- Siqaretin qiyməti dəyişir, gah qalxır, gah düşür. Bu, Sizin alverə təsir etmir?


- Əlbəttə, təsir edir. Qiymətlər qalxanda, çəkənlər ucuz siqaretə keçirlər. Nadir hallarda əvvəlki kimi baha siqaret alırlar.


Gürcüstanda qanuna restoranlarla bağlı dəyişiklik olacağını istisna etmirlər. Dəyişiklik olsa, restoran və kafelərdə siqaret çəkənlər üçün ayrı yer ayrılması məcburi olacaq. «İtirilmiş cənnət» restoranının meneceri Nana deyir ki, qanun tələb etsə, restoran əməl etməli olacaq:


- Bu haqda söhbətlər dolaşırdı, sonradan sakitləşdi. Məncə, bu, baş verməlidir.


- Siz bunu edə biləcəksiz?


- Əlbəttə, Bax, yuxarıda, antresolda çəkməyənlər üçün yer təşkil etmək olar. Burada isə çəkənlər üçün.


- Sizin restorana əcnəbilər tez-tez baş çəkirlər. Onlar çəkməyənlər üçün yerlərin olmamasından şikayət etmirlər ki?


- Yox. Görünür, öyrəşiblər. Bax, elə dünən orada siqaret çəkməyənlər oturmuşdular, yaxınlıqda isə çəkənlər. Qətiyyən, bir-birlərinə mane olmurdular. Narazılıq etmirdilər ki, biz siqaret çəkmirik, bizi elə oturtdurun ki, narahat olmayaq


- Axşamlar restorandan çox siqaret kötüyü çıxarırsız? Çox çəkirlər?


- Lap çox.


21 yaşlı Natiya da çox siqaret çəkir, amma nə üçün çəkdiyini izah edə bilmir:


- Sadəcə, ürəyim istəyir.


- Çox çəkirsən?


- Kifayət qədər


- Tərgitməyi düşünmürsən?


- Bir neçə dəfə çalışmışam, alınmayıb.


- Vəziyyət imkan vermir və dostların da çəkirlər, yəqin…


- Bütün dostlarım çəkir – qızlar da, oğlanlar da. Ona görə də ata bilmirəm.


- Bəs hamı birlikdə tərgitsə?


- İkimiz birlikdə tərgitməyi qərara aldıq, ancaq bacarmadıq. Bir həftədən çox dayana bilmədik.


XS
SM
MD
LG