Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

-

FIFA-nın prezidentliyindən gedən Sepp Blatter Beynəlxalq Olimpiya Komitəsindəki (BOK) vəzifəsindən də gedir.

Blatter avqustun 3-də təkrar seçilməli olan BOK üzvlərindən biri idi. Ancaq BOK prezidenti Thomas Bach deyib ki, Blatter ötən ay ona təkrar seçilmək üçün müraciət etməyəcəyini bildirib.

Blatter son aylar korrupsiya ittihamlarının hədəfinə çevrilib. Bu yaxınlarda FIFA rəhbərliyindən istefa üçün müraciət edib. Fevralda bu vəzifəyə görə xüsusi seçki keçiriləcək.

1999-cu ildən BOK üzvü olan Blatter istənilən halda gələn ilin martında istefa verməli idi. Belə ki, həmin post üçün maksimum yaş həddinə çatır, 80 yaşı tamam olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG