Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

-

NİDA vətəndaş hərəkatının həbsdə olan gənc üzvü İlkin Rüstəmzadə avqustun 2-də 23 yaşını həbsxanada keçirib. Gənc fəal artıq 3 ildir ad gününü dəmir barmaqlıqlar arasında qeyd edir.

İlkin Rüstəmzadə 1992-ci ildə Gəncədə doğulub. İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinin 5-ci kurs tələbəsi olan gənc fəal hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

İlkin Rüstəmzadə 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar İsmayıllıya dəstək aksiyalarının Facebook tədbirlərinin idarəçisi kimi sosial şəbəkələrdə fəal olub.

O, 2013-cü ilin may ayının 17-də xuliqanlıq, cinayətə hazırlıq və kütləvi iğtişaşla bağlı ittihamlarda təqsirli bilinib. “Harlem Shake” videorolikini hazırlamaqda və onu Youtube-a yerləşdirməkdə günahlandırılıb. İstintaq bunu xuliqanlıq kimi qiymətləndirib.

2014-cü ilin mayın 6-da o, bir qrup NİDA-çı fəallarla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. Məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Beynəlxalq Amnistiya Təşkilatı İlkin Rüstəmzadəni "vicdan məhbusu" kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG