Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25

-

Rusiyalı dil pedaqoqu Ilya Frank Putin Rusiyasını tərk etmək fikrinə düşən yəhudilərin artan sırasına qatılmaq fikrindədir. Onlar Rusiyadakı mühitdən məyus olaraq İsrailə köçürlər. Frank 6 yaslı qızının məktəbdə “nasist təbliğatın” təsiri altına düşməsini istəmədiyini deyir.

Bu ilin sonlarında Rusiyalı məşhur linqvist və pedaqoq Moskvadakı mənzilinin işıqlarını söndürüb hava limanına gedəcək və həyatının Rusiya ilə bağlı bölümünü başa vuracaq.

52 yaşlı alim deyir ki, onun ailəsi Rusiyada oturuşmuş millətçi atmosfer üzündən oranı tərk edir. “Burada yaşamaq heç xoşagələn deyil. Hərçənd mən evdə işləyirəm və bayıra az-az çıxıram, amma evdən çıxan kimi mən bunu hiss edirəm. Mənim balaca qızım var və o bu il məktəbə getməlidir. Mən düşünəndə ki, o, rus məktəbinə gedəcək, dəhşətə gəlirəm. Çünki burada təbliğat xirtdəyə çıxır. Buna görə də mən bu yaxınlarda İsrail konsulluğundan daimi yaşayış statusu aldım”, - söyləyir Ilya Frank.

9 AYA 200 MİNDƏN ÇOX

Rusiya hökumətinin məlumatına görə, 2014-cü ilin ilk 9 ayında ölkəni 203 min 659 insan tərk edib. Bundan bir il əvvəlin eyni dövründə bu göstərici 120756 nəfər idi.

Onların çoxu isə İsrailə üz tutur. 2014-cü ildə 4685 nəfər İsrailə köçüb. İsrailin yəhudi qeyri-hökumət təşkilatı bildirir ki, bu ilin birinci rübündə Rusiyadan bura immiqrasiya edənlərin sayı 40 faiz artıb.

Əvvəlki illərlə müqayisədə indi mühacirət edənlər daha gənc, daha təhsilli və böyük ehtimalla Moskvanın özündən olur.

Frank mədəniyyət və dilşünaslıq sahəsində çoxcildli əsərlərin müəllifidir. O, xarici dilləri öyrənmək üçün unikal üsul ixtira edib ki, bu üsulla dünya qapılarını minlərlə rusiyalı üçün açıb.

“Ola bilər ki, bu, daha çox faşist İtaliyasına bənzəsin, amma o dərəcədə cəlbedici deyil. Amma Hitler Almaniyasıyla da müəyyən paralellər aparmaq olur

İndi Frank bu işlə yeni vətənində məşğul olmağı planlaşdırır.

Politoloq Vladislav İnozemtsev yazır ki, Rusiyanı Vladimir Putin-in rəhbərliyi altında Benito Mussolini-nin faşist İtaliyası ilə daha çox müqayisə etmək olar, nəinki nasist Almaniyası ilə. Amma Frank buna elə də əmin deyil:


GEBBELS İZLƏRİ

“Ola bilər ki, bu, daha çox faşist İtaliyasına bənzəsin, amma o dərəcədə cəlbedici deyil. Amma Hitler Almaniyasıyla da müəyyən paralellər aparmaq olur. Maraqlıdır ki, ölkə rəhbərləri, hətta Rus Pravoslav kilsəsinin liderləri çıxışlarında nasistlərin baş təbliğatçısı İosif Gebbelsin (Joseph Goebbels) nitqinin formalarından istifadə edirlər. Görünür ki, eyni növ təsir vasitələrinə əl atırlar. Onlar ifadələri kiçicik dəyişiklərlə ondan götürürlər. İndi nitqlərini tərtib edərkən sadəcə köhnə formuladan istifadə edirlər”.

Frank alman dili müəllimidir: “Mən 1930-cu illər barədə çoxlu alman kitabları oxumuşam. Mən Gebbelsə orjinaldan qulaq asmışam və sənədli filmlərə baxmışam. Əlbəttə, mən paralellər görürəm və bundan çox narahat oluram”.

Frank-ın sözlərinə görə, İsrail konsulluğunda olarkən İsrailin adi gündəlik həyatı haqqında divardan asılan şəkilləri görəndə heyrətə gəlib. Bu şəkillər onun indiki Rusiyada gördüyü “başqalarına nifrət və özünü onlardan üstün tutmaq virusu” ilə sərt kontrast əmələ gətirir.

Gebbelsə orjinaldan qulaq asmışam və sənədli filmlərə baxmışam. Əlbəttə, mən paralellər görürəm və bundan çox narahat oluram

“Mən sadəcə dəli və süni mühitdə yaşamaq istəmirəm. O mühitdə ki, əhalinin 90 faizi bu virusa yoluxublar”, - Frank bildirir.


STALİN ERASININ İNSANLARI

O, deyir ki, bu atmosferi rusların YouTube-de və başqa saytlarda paylaşdıqları videolardan, Donetskdə vuruşmuş döyüşçülərin memuarlarından, “Amerika şəri” barədə kitablardan, Ukraynadakı Maydanda baş verən qorxulu şeylərdən görür.

Frankın qənaətincə, tarix sanki təkrarlanır: “Mən fikirləşirəm ki, bu Stalin erasında böyümüş insanlardır. Onlar o qədər axmaqlıqlar görüblər ki, bütün bunları da söhbətlərində və şüarlarında ifadə edirlər.

Nə vaxtsa tərəzi başqa tərəfə əyiləcəkmi?

“Mənə elə gəlir ki, bu olacaq”, Frank deyir. “Amma mən bilmirəm bu nə qədər davam edəcək. Mənim isə artıq 52 yaşım var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG