Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12

-

Avqustun 2-də Bakıda qadınlar arasında keçirilən “Baku Cup-2015” beynəlxalq tennis turniri başa çatıb.

Yarışlarda 20-dək ölkənin təmsilçiləri qələbə uğrunda mübarizə aparıblar.
Təkbətək görüşlərin finalında Margarita Gasparyan (Rusiya) və Patricia Maria Tig (Rumıniya) qarşılaşıblar. Oyun 2:1 ümumi hesabla Margarita Gasparyanın (6:3, 5:7, 6:0) xeyrinə qurtarıb.

O, 280 reytinq balı və 43000 ABŞ dolları qazanıb. Digər finalçı 180 bal və 21400 ABŞ dolları əldə edib.

Qoşa görüşlərin final matçında Vitaliya Dyaçenko (Rusiya)/Olqa Savçuk (Ukrayna) cütlüyü Marqarita Qasparyan/Aleksandra Panovaya (Rusiya) qarşı oynayıb. Sonuncular 2:0 hesabı ilə qələbə qazanıblar (6:3, 7:5). Onlar 280 reytinq balı əldə ediblər. Cütlüyə kubok və 12300 ABŞ dolları təqdim olunub. Digər cütlük isə 180 bal və 6400 ABŞ dolları qazanıb.

Turnirin yarış fondu 250 min ABŞ dolları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG