Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:21

İtən “Boeing 777”in daha bir hissə tapılıb



Hind okeanında yerləşən Fransaya məxsus Reunion adasında ötən ilin mart ayında yoxa çıxan Boeing-777 tipli sərnişin təyyarəsinə aid olduğu ehtimal olunan ikinci qalıq aşkarlanıb.


Ehtimal olunur ki, tapılan hissə pilot kabinəsinin qapısıdır. Deyilənə görə, onun üzərində yazı şə şəkil də var.


Reunion adasında daha əvvəl tapılan təyyarə parçası artıq ekspertiza üçün Fransaya göndərilib. Həmin hissənin itən təyyarəyə aid olduğunu Malayziyanın nəqliyyat nazirliyi artıq təsdiqləyib.


Tapılmış əşyaların tədqiqatına çərşənbə günü başlanacağı nəzərdə tutulub.
Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ildə Kuala Lumpur-dan Pekinə uçarkən yoxa çıxmışdı. Həmin zaman təyyarədə 239 nəfər olub.

XS
SM
MD
LG