Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

Ümumdünya Antidopinq Agentliyi son olaydan narahatdır


-

Ümumdünya Antidopinq Agentliyi yüngül atletika ilə bağlı son məlumatlardan narahatlığını ifadə edib. Söhbət 2001 və 2012-ci illər arasında keçirilmiş bütün çempionat və olimpiya oyunlarında qazanılmış medalların, 55-i qızıl olmaqla, 146-sı, başqa sözlərlə üçdə biri “qan analizləri şübhəli” idmançılar tərəfindən qazanılması ilə bağlı iddialardan gedir.

Bu iddianı Britaniyanın “The Sunday Times” qəzeti və Almaniyanın ARD telekanalı yayıb. Onlar 5 min idmançıya məxsus 12 min analizin nəticəsi olan bazaya giriş əldə etdiklərini iddia edirlər.

Məlumatda deyilir ki, Rusiya tərəfindən qazanılmış medalların 80 faizini dopinq qəbul etməkdə şübhəli bilinən idmançılar əldə edib. Qadağan olunmuş bu preparatın keniyalı idmançılar tərəfindən də sistemli olaraq qəbul edildiyi deyilir.

Bildirilir ki, analizlərin şübhə doğurmasına baxmayaraq, idmançılardan heç biri mükafatdan məhrum edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG