Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

-
2014-cü ilin yazında pakistanlı Hassanın ailəsi 10 illik viza probleminin həllindən sonra Karachidəki evindən Çikaqoya yollandı. Onun ailəsi 8 nəfərdi, ata-ana və 6 bacı-qardaş 3 yataq otağı olan evdə yerləşdilər. Əldəki pulla bir şey olmazdı, iş isə daimi deyildi. Ancaq 15 yaşlı Sumail Dota 2 oyuna başladığından çox şeylər dəyişdi.

“Əfsanələr liqası” və digər pulsuz çox oyunçu online oyunlar kimi Dota 2-də ən yaxşı oyunçuya milyon dollar mükafat qazandıra bilər. Sumail 7 yaşı olanda Dota 2 oyununa bələd idi, amma 16 yaşında hələ də peşəkar oyunçu deyildi.

Sumail Çikaqoda yerli ictimai məktəbə az maraq göstərir, ev tapşırıqlarını eləmir, gəzib əylənməyə dost tapmır, əvəzində vaxtını Dota 2 ilə oynamağa sərf edirdi. Başqa oyunçular oyunda strategiya qurmağa, analizə vaxt sərf etdikləri halda o, seçdiyi qəhrəmanla qarşısına çıxan hər şeyi öldürürdü.

San-Fransiskodan təklif gəlir

Bir neçə aydan sonra Sumail Şimali Amerikada “ev liqa”sında oynayır, peşəkar oyunçularla yarışırdı. Günün bir günü Dota-2 oyunun meneceri Chaatrlie Yang San-Fransiskodan Çikaqoya gəldi ki, Sumailin ailəsi ilə danışsın.

Onun atası həmin vaxt işlərilə əlaqədar Pakistana qayıtmışdı. İngilis dilini yaxşı başa düşməyən anasına yaxınları Yang-ın dediyini tərcümə eləyirdi. Yang dedi ki, o, Şimali Amerikada yüksək gəlirli Dota 2 komandasını, Evil Geniuses-i idarə edir və onlar Sumail-ə bu oyunla bağlı dünyanın hər yerində təlimlər keçmək üçün ayda azı 4000 dollar təklif edirlər. Yang onu da əlavə etdi ki, Sumail-in real gəliri yarışlardan olacaq. Mükafat komandanın 5 üzvü arasında bölünəcək. İllik mükafat fondu 10 milyon dollardan çoxdur.

Ancaq Sumail-in anası oğlunun məktəbə getdiyini əsas gətirib təklifdən imtina edir. Yang deyir: “Siz bir balaca narahatsız, amma mən düşünürəm ki, oğlunuzun yüksək qabiliyyətini inkar etmək daha çətindir”. Anayla dil tapılır və Sumail-in adına bankda hesab açılır və bir neçə həftədən sonra Sumail və onun komandası Dota 2 Asiya Çempionatında 1,2 milyon dollar mükafat qazanır.

16 yaşına 200 min dollar mükafat

Sumail 16 yaşının tamam olduğu gündən az əvvəl 200 min dolların sahibi olur. Bir neçə gündən sonra- avqustun ortalarında onun milyonçu olmaq şansı var.

Submail Hassan (Foto: Facebook)

Submail Hassan (Foto: Facebook)

Evində yüksək sürəti olan hər kəs komputer oyunları oynaya bilər və mükafat qazana bilər. Ötən il təxminən 27 milyon internet istifadəçisi “Əfsanələr Liqası”nın finalına baxıb. Ancaq bir çoxu, o cümlədən, “İdmanda Dünya Liderləri” təşkilatının prezidenti John Skipper deyir ki, bu, real idman deyil, sadəcə yarışdır.

“Super Data Research”ın araşdırmaçılarının tədiqatına görə elektron idman 134 milyonluq auditoriya ilə 612 milyon dollarlıq gəlir gətirib. Ford, American Express, Coca-cola və Nissan Motor kimi nəhəng şirkətlər elektron idman oyunlarına sponsorluq edib.

Yarışlar TV-ylə də canlı yayımlanır. Məsələn, Twitch.tv-də azarkeşlər oyunu izləməklə yanaşı sevimli oyunçularına birbaşa müraciət edə bilirlər. Araşdırmalara görə, martda oyunları dünyanın hər yerində 600 min adam izləyib.

Elektron idmançının şöhrəti

Sumail-in şöhrəti getdikcə artır. Onun Twitter-də 30 min izləyicisi var. Ondan soruşurlar ki, müsəlmandırmı, Məkkəyə sitayiş edirmi və s. O, artıq məktəbə getmək istəmir, bütün diqqətini oyuna verib. Sumail deyir ki, valideynləri Pakistandan ABŞ-a övladlarına yaxşı təhsil vermək üçün köçüblər. O, ingilis dilində zəif, ləhcə ilə danışır, bəzən düzgün sözü tapmaq üçün çətinə də düşür.

Sumailinin komandası ilə tanış oluram. 25 yaşlı Saahil Arora Madisonda yerləşən Vickonsin Universitetini atıb ki, elektron idmanla məşğul olsun. O, dünyada elektron idman üzrə ən çox qazanan 10 oyunçudan biridir. Sevgilisini də internetdən tapıb, onun fanatıymış. Komandanın kapitanı Peter Dager Hindistandandır, onun da adı elektron idman oyunlarından ən çox pul qazanan 10 nəfərin arasındadır.

“Fear” kimi tanınan Clinton Loomis komandanın ən yaşlı sakinidir, 27 yaşı var.

Sumail-dən soruşandakı Evil Geniuses-in şansı varmı, o, heç bir proqnoz vermək istəmir. Əvəzində ona köklənir ki, o udmalı və ailəsinə kömək etməlidir. Əgər komanda avqustdakı yarışda qalib gəlsə, komandanın hər üzvü 1 milyon dollardan çox qazanacaq: “Bu, çox böyük puldur. Mən həmişə istəmişəm ki, anama ev alım. O bunu çox arzulayır”

Sumail-in verdiyi müsahibə:

Günün bütün mövzuları

XS
SM
MD
LG