Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

-

Reuters-in yaydığı məlumata görə, avqustun 1-də İranla sərhəddə yerləşən Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib. Nəticədə təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb, 24-ü yaralanıb.

Avqustun 2-nə keçən gecə Mardində də 1 əsgər ölüb, 8-i yaralanıb.

Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib.

PKK-nın Türkiyənin cənub-şərqinə hücumu iyulun ortalarından kəskin artıb. İyulun 24-dən Türkiyə İraqın şimalındakı PKK düşərgəsinə hava hücumuna start verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG