Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

-
Ağ Ev Əfqanıstan Talibanı lideri Mullah Omarin ölməsi xəbərini təsdiqləyib və bildirib ki, onun ölümü “Əfqanıstanda stabillik və təhlükəsizliyə doğru inkişafa daha bir addım atmağa imkan yaradır”.

Ağ Ev talibanı Əfqanıstan hökuməti ilə əsil sülhə girməyə çağırıb.

Kabul iyulun 29-da elan edib ki, Mullah Omar hələ iki il bundan öncə Pakistanda xəstəxanada ölüb. Talibanın sözçüsü aralarında varis seçkisinin nəticəsində Mullah Akhtar Mansuru qalib elan edib, amma nəticə Mullah Omarın oğlu tərəfindən rədd edilib, bununla da daxildə ciddi fikir ayrılığı yaranıb.
Avqustun 1-də Mansurun olduğu iddia olunan audio müraciətdə o, Talibanı birliyə və mübarizəni davam etdirmətə çağırıb. O, Əfqanıstan hökuməti ilə sülh danışıqları barədə nə təsdiq, nə də imkaredici nəsə deyib.

Müraciətin əslini müstəqil şəkildə yoxlamaq mümkün deyil.

İyulun 31-də başlanması nəzərdə tutulan danışıqların ikinci raundu qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG