Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

-

Avqustun 1-də Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergei Shoigu ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında görüş olub.

apa-nın verdiyi məlumata görə, görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək keçirilib.

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG