Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

-

Gələn həftədən başlayaraq Avropa Oyunları vaxtı idmançılara və tamaşaçılara xidmət göstərən, «Baku Bus» MMC tərəfindən paytaxta gətirilən komfortlu avtobuslar ictimai nəqliyyatın ixtiyarına veriləcək.

Bu barədə apa-ya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Fəaliyyəti dayandırılan 10 marşrutun (1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194) yenidən xəttə buraxılmasına gəlincə, qurumdan bununla bağlı konkret cavab verilməyib.

apa-nın məlumatına görə, hansı marşrutların istiqamətində təkrarçılıq yoxdursa, onun tezliklə bərpa edilməsi planlaşdırılıb.

Nəqliyyat Nazirliyinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG