Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:00

-

Bakının Heydər Əliyev prospektinin yan yollarında hərəkət məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə xətlər yenidən rənglənir.

Avqustun 1-də saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından «Böyük Şor» yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqamət üzrə yolda üfüqi nişanlanma xətləri rənglənəcək. Bu səbəbdən prospektin yan yollarında nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG