Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Bin Laden-in ailə üzvləri İngiltərədə təyyarə qəzasında həlak oldular


Həlak olanların arasında ABŞ qüvvələri tərəfiindən 2011-ci ildə öldürülmüş keçmiş əl-Qaeda lideri Osama bin Laden-in analığı və bacısı da var.

Britaniya mediasının yaydığı məlumata görə İngiltərənin Hempşir əyalətindəki Blekbuş aeroprtunda şəxsi təyyarənin qəzaya uğraması nəticəsində bin Laden ailəsinin 2 üzvü və iki pilot həlak olub.

Londondakı Səudiyyə səfirliyinin məlumatına görə şahzadə Mohammed bin Nawaf Al Saud, bin Laden ailəsinə başsağlığı verib.

Səfirliyin Tvitter hesabından göndərilmiş postda deyilir: “Zati alilələri, iki müqəddəs məsçidinbaxıcısı olan ölkənin Birləşmiş Krallıqdakı səfiri şahzadə Mohammed bin Nawaf bin Abdul Aziz, mərhum Mohammed bin Laden və onun yaxınlarına…dərin hüznlə başsağlığı verir”.

Səfir ölənlərin kimliyini bildirməsə də, Səudiyyə mediasının yaydığı xəbərə görə həlak olanların arasında ABŞ qüvvələri tərəfiindən 2011-ci ildə öldürülmüş keçmiş əl-Qaeda lideri Osama bin Laden-in analığı və bacısı da var.

Bin Laden ailəsi Səudiyyədə qlobal biznes maraqlarına sahib tanınmış klandır.

Polis bildirir ki, təyyarə enərkən uçuş-eniş zolağını ötüb keçib və qonşuluqdakı maşın parkına düşərək yanıb. Təsadüf nəticəsində yerdə tələfat baş verməyib.

Hadisə cümə günü, günorta saat 3 radələrində baş verib.

Səudiyyə qeydiyyatlı Phenom 300 yüngül təyyarəsi İtaliyanın Milan şəhərindən gəlirdi.

Phenom təyyarələrini Braziliya istehsal edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG