Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:30

İncəsənət qarpızı necə qorudu


Giovanni Stanchi (1645-1672), Christie kolleksiyasında satılan rəsm
Giovanni Stanchi (1645-1672), Christie kolleksiyasında satılan rəsm

- "Meyvə-tərəvəz təkamülə uğrayır. Qarpızın 500 il əvvəl necə göründüyünü indi ancaq incəsənət tarixi muzeylərində görmək olar..."

Bağçılıq professoru Renessans rəsmlərindən dərs keçir

Şəklə bax. Giovanni Stanchi’nin bu 17-ci əsr rəsmi müasir dünyada heç kəsin görmədiyi qarpızı göstərir.

Stanchi natürmortçu rəssam olub. Rəsm 1645-1672-ci illərdə çəkilib, orada qarpız yetişdirilməsində baş vermiş böyük dəyişiklikdən əvvəlki qarpız təsvir olunub.

Wisconsin Universitetinin bağçılıq professoru James Nienhuis "Vox" dərgisinə deyib ki, dərslərində Stanchi rəsmlərindən məhsul yetişdirilməsi tarixindəki dəyişiklikləri göstərmək üçün istifadə edir.

Çünki meyvə-tərəvəz təkamülə uğrayır. Qarpızın 500 il əvvəl necə göründüyünü indi ancaq incəsənət tarixi muzeylərində görmək olar. (davamı aşağıda)

Vətəni Afrika olan bu meyvə Avropa bağlarında və bazarlarında 1600-cü illərdə peyda olub.

Professor Nienhuis hesab edir ki, selektiv yetişdirmədən əvvəlki qarpızın şirinliyi qat-qat yüksək olub. O zaman qarpızların rəngi belə açıq olurmuş. Sonrakı nəsillər qarpızı qırmızı görmək istəyiblər.

Əvvəlki qarpızların içində tum topaları belə ayrı-ayrı ciftlərin içində yerləşirmiş. “Qarpız əhilləşdikcə” belə ciftləri ümumi ağ qabıq əvəz edib.

Bu gün də qapızda dəyişikllik gedir, dövrümüzdə insanlar qarpızı tumsuz görmək istəyirlər. Bu o deməkdir ki, gələcək nəsillər tumlu qarpızın necə olduğunu görmək üçün indiki fotolara baxacaqlar.

Necə ki, biz balaca, ağımsoy qarpızı görmək üçün Renessans rəsmlərinə baxırıq.

Oxu zalı

XS
SM
MD
LG