Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

-

İyulun 31-də 4 nəfər dənizdə boğulmaqdan xilas edilsə də, 3 nəfər çimərkən həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazidə) 18 yaşlı Səbuhi Şəfiyev batıb.

Digər iki nəfər Abşeron rayonunun ərazisində, Novxanı çimərliyində batıb. Nazirlik bildirir ki, hazırda dalğıclar dənizdə onların cəsədlərini axtarır.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Xəzər dənizinin ayrı-ayrı hissəsində, günün müxtəlif saatlarında boğulmaq təhlükəsi ilə üzləşən 4 nəfəri xilas edə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG