Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Rezidenturaya boş qalan yerlərin nəticələri


Azərbaycanda 2015/2016-cı tədris ili üçün rezidenturaya boş qalan 28 plan yerinə müsabiqədə iştirak üçün 39 nəfər ərizə verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub.

Avqustun 3-dən 4-dək Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyində, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizəd bu müddət ərzində qeydiyyatdan keçməsə buna onun təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və adı qəbul siyahısından çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG