Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Rusiya ilə Gürcüstanın separatçı Cənubi Osetiya regionu arasındakı müttəfiqlik və inteqrasiya müqaviləsi iyulun 31-dən qüvvəyə minib.

Mərasim Rusiyanın xarici işlər nazirliyində keçirilib.

Bu müqavilə martın 18-də Moskvada imzalanıb.

Bundan sonra sənəd aprelin 3-də Cənubi Osetiyada, iyunun 19-da isə Rusiya parlamentində ratifikasiya edilib.

İyulun 31-də isə tərəflər Moskvada bir-birinə ratifikasiya edilmiş qramotaları təqdim ediblər.

Bu müqvilədə razılaşdırılmış xarici siyasət həyata keçirilməsi, birgə müdafiə və təhlükəsialik mıkanı yaradılması və hüquq-mühavizə orqanları arasında yaxın əməkdaşlıq nəzərdə tutulur.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Gürcüstanla Qərb bunun beynəlxalq normalara zidd və qanunsuz olduğunu bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG