Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

İyulun 31-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Qurumun məlumatına görə, iclasda Peşəkar Futbol Liqasının müraciətinə əsasən "Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunub.

Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG