Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:50

İyulun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Şamama Seyidova və Əmir Seyidova hökm oxunub.

APA agentliyinin məlumatına görə, Şamama Seyidova 15, Əmir Seyidov isə 10 il azadlıqdan məhrum edilib.

Qətl hadisəsi ötən il Xaçmazda baş verib. Araşdırma zamanı itkin düşən 44 yaşlı Bünyad Seyidovun həyat yoldaşı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü müəyyən edilib.

Bünyad Seyidov tüfənglə öldürüldükdən sonra xalçaya bükülərək həyətdəki tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.

İlkin dindirmədə oğul qətli törətdiyini boynuna alsa da, həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG