Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Gürcüstan Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalara qoşulması barədə yayılan məlumatı təkzib edib.

Xarici işlər nazirinin müavini və baş nazirin xüsusi nümayəndəsi Zurab Abashidze bildirib ki, söhbət hələ ötən il qəbul edilmiş qərarlardan gedir.

Rusiya prezidentinin sözçüsü Dimitry Peskov bundan əvvəl Rusiyanın cavab tədbirləri görə biləcəyini xəbərdarlıq etmişdi və Gürcüstan hakimiyyəti hesb edir ki, Rusiya Gürcüstan malları, xüsusilə də şərab və Borjomiyə embarqonu bərpa edə bilər.

Abashidze deyir ki, Rusiyaya qarşı söghbət gedən sanksiyalarhələ 1 il bundan əvvəl qəbul edilib və Gürcüstan bu paketdəki tədbirlərin yalnız birinə qoşulub.

O qeyd edib ki, burda təzə heçnə yoxdur və buna görə də Rusiyanın cavab tədbirləri görməsinə əsası yoxdur.

XS
SM
MD
LG