Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:21

-

Azərbaycan Rumıniyada tutulan böyük həcmdə heroinin həmin ölkəyə Dağlıq Qarabağ və Ermənistan vasitəsi ilə aparılıb-aparılmadığını araşdırır.
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

«Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlanması, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli heroin də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə həmin ölkəyə aparılıb».

Bir neçə gün əvvəl Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanmışdı.

RİA agentliyinin məlumatına görə, narkotik Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Ukraynadan keçirilib.

2014-cü ilin iyulunda oxşar hal Azərbaycan- Gürcüstan sərhədində qeydə alınmışdı. Yük maşınında yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 600 kq maye heroin, morfin və kodein aşkarlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG