Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

-

«BP-Azerbaycan» şirkətinə yeni vitse-prezident təyin olunub.

«BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı APA-ya deyib ki, bundan sonra bu posta Bəxtiyar Aslanbəyli rəhbərlik edəcək.

Şirkət sözçüsü bildirib ki, B.Aslanbəyli avqustun sonundan vəzifəsinin icrasına başlayacaq. O, bu vəzifədə xarici vətəndaşı əvəzləyəcək.

Bəxtiyar Əli oğlu Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.

1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib.

1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi bakalavr pilləsi üzrə, 1997-1999-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

2000-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub. 1999-cu ildən BDU-da çalışır.

2002-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi müşaviridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG