Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Xəlil Cibranın "Peyğəmbər"inə animasiya çəkilib


"Xəlil Cibranın Peyğəmbəri" filminin rəsmi treylerindən

"Xəlil Cibranın Peyğəmbəri" filminin rəsmi treylerindən

- 120 milyon nüsxəsi satılmış kitab...

Şərqin böyük yazıçısı Xəlil Cibranın 1923-cü ildə yazdığı "Peyğəmbər" əsəri əsasında rejissor, aktrisa Salma Hayekin çəkdiyi animasiya filmi gələn ay ABŞ kino-teatrlarında nümayişə çıxır.

Filmdə Almimtra adlı inadcıl qızın təhlükəli şeirlərinə görə həbs olunmuş Mustafa adlı şairlə dostluğundan danışılır.

“Bu, elə möhtəşəm kitabdır ki! Dünyada 120 milyondan artıq nüsxəsi satılıb. Bu qədər sevilən bir kitabı filmdə düzgün çatdırmaq çox vacib məsələ idi” - Salma Hayek “Reuters” agentliyinə deyib.

"Film azadlıq haqqındadır və bunun məhz animasiya janrında çəkilməsi bu mövzuya inanmağımız üçün bizə daha çox azadlıq verir."

Salma Hayekin Xəlil Cibran yaradıcılığına film çəkməsi təəccüblü görünə bilər, amma onun öz babası Livandan olub.

Hayek yazıçının doğulduğu yerə - Bşar kəndinə dəfələrlə səfər edib....

Günün bütün mövzuları

XS
SM
MD
LG