Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

- Rüfət Əhmədzadə


9 milyonluq şeir

Sən mənə həyat yoldaşı olmadın,
Sadəcə yoldaş da ola bilərdin...
İşin-gücün elə qısqanmaq idi,
Sevgini bu cür göstərirdin sanki...
Əslində məni eşqdən soyudurdun.
Bir də həmişə nəvaziş gözlədin...
Gözlərin qarşısında əridiyimi də görə bilərdin.

Məsələn, sevə bilərdin
Mübahisəli anları da...
Çünki bundan sonra o da olmayacaq.
Bir az səbirlə davrana bilərdin
Xətrimə dəymədən,
Ürəyimə xal salmadan...
Bir də yad ətəklərə itələmədən...
Sadəcə yanında tuta bilərdin.

Sənə acıqlanıb niyə başqasına ağladım,
boşaltdım ürəyimi...
Niyə öz əlimə almadım taleyimi...
Özgələrinin qərarı ilə,
Özgələrinin insafına...
Və bir şam əriyir pəncərə kənarında...
"Cəhənnəm olsun pərvanələr,
Rahat can verim!"
- deyəcək cəsarəti yoxdur...
İntihar etməyə qorxan şairin
Təsəllisi sual yağışlarına
həmişə eyni cür cavab verməkdir:
“Əzizlərim, bu, sadəcə şeirdir!”...

Sonra əllər yellənir havada
Başlar bulanır monitorlar arxasında
Hökm də çoxdan kəsilib
“Gebbels”in masasında...
Sən öz milli sevdanla,
“anti-milli” damğanla...
Şam həyatına belə paxıllıq apararaq yaşayırsan.
Səni, məni qarışdırdım, bağışla...
Başın çox qarışmasın...
Onu daha vacib günlərçün daşıyırsan.

Səninləyəm,
ey özünü yaralı aslan sayan
qorxaq, əyriqıç dovşan!
Azərbaycan, Azərbaycan...
Çürüyür səninlə can...

Günün bütün mövzuları

XS
SM
MD
LG