Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

496 abituriyent jurnalist olmaq istəyir


Foto illüstrasiya
Foto illüstrasiya

-
İyulun 31-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistikanı seçən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

Abituriyentlər onlara təqdim olunan mövzulardan biri üzrə inşa (esse) yazacaqlar.

Xəbəri TQDK-nın saytı yayıb.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvanda keçiriləcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfəri qızlardır.

XS
SM
MD
LG