Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Azərbaycandakı təzyiqləri andılar


Azərbaycandakı siyasi məhbuslar, foto-illüstrasiya

Azərbaycandakı siyasi məhbuslar, foto-illüstrasiya

Bir sıra beynəlxalq təşkilatların daxil olduğu koalisiya bəyanatı Azərbaycanda insan haqlarına təzyiqlər kampaniyasının bir illiyi münasibətilə yayıb

-

“Azərbaycanda hökumətin mətbuat azadlığı da daxil olmaqla insan haqlarına görünməmiş təzyiqə başlamasından bir il keçir. Ölkədəki durum pisləşməkdədir,” bu bəyanatla iyulun 30-da Hüquqlar uğrunda İdman koalisiyası çıxış edib. Bir sıra beynəlxalq təşkilatların daxil olduğu koalisiya bəyanatı Azərbaycanda insan haqlarına təzyiqlər kampaniyasının bir illiyi münasibətilə yayıb.

Qurum beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinin hərəkətlərini dərhal və açıq şəkildə pisləməyə, ölkədə vətəndaş cəmiyyətini dəstəkləmək naminə konkret addımlar atmağa çağırıb.

“Bir il öncə, iyulun 30-da insan haqları müdafiəçisi Leyla Yunus həbs olunub. Bununla da Azərbaycanda görünməmmiş repressiya dövrü başlanıb. İnsan haqlarının durumu indi çox aşağı həddə düşüb. Belə ki, hakimiyyət tənqidi fikir bildirdiyinə görə hədəfə alınanları müdafiə edən fərdləri aqqressivcəsinə təqib edir,” bəyanatda deyilir.

Koalisiya hakimiyyəti həbsdəkiləri dərhal azadlığa buraxmağa çağırır.

Hüquqlar uğrunda İdman Koalisiyası bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində yaradılıb.

Hakimiyyət ölkədə siyasi məhbuslarla bağlı deyilənləri yalan adlandırır, fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG