Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

-

ABŞ prezidenti Barack Obama iyulun 30-da tərəfdarlarına deyib ki, Konqresdə İran sazişinə dəstək “yumşaq”dır və sazişə qarşı aqressiv lobbiçiliyin qarşısını almaq üçün çox işləməlidirlər.

Vaşinqtonda solçu baxışlı Amerika Proqres Mərkəzinə bağlı qrupların toplantısında Obama fəallara deyib ki, sülh istəyənlər İraq müharibəsindən əvvəl elədikləri səhvi təkrarlamamalıdırlar. O zaman müharibə tərəfdarları onların daha zəif çıxan səsini batırmışdllar.

“İndi Konqresdəki ofisləri bu sazişin opponentləri ilə aşıb daşır. Onlar televiziya reklamlarına 20 milyon dollar xərcləyir, konqresmenlərə təzyiq göstərirlər ki, sazişin əleyhinə səs versinlər. Amerika İsrail İctimai İşlər Komitəsi kimi güclü lobbilərin təsiri altında onlar da yumşalırlar, çünki siyasi hərarəti hiss edirlər,” Obama deyib.

Prezident deyib ki, söhbətləşdiyi konqresmenlər sazişə səs vermək istədiklərini deyirlər, ancaq bu sənədə qarşı olanları misal çəkirlər.

Obama onu da deyib ki, opponentlərin çoxu ABŞ-ı 2003-cü ildə İraq müharibəsinə cəlb edənlərdir.

“Səsinizi çıxarmasanız, bizi İraq müharibəsinə sürükləyən səsləri eşidəcəksiniz. Bu zaman biz tarixi fürsəti qaçırmış olacaq, potensial hərbi münaqişə yoluna düşəcəyik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG