Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

-

Rusiya İrana verəcəyi S-300 raket sistemini müasirləşdirir. Bunu Rusiya prezidenti Vladimir Putin-in hərbi məsələlər üzrə müşaviri Vladimir Kozhin iyulun 30-da RIA xəbər agentliyinə deyib.

Onun sözlərinə görə, S-300 havadan müdafiə sistemləri İrana verilməmişdən öncə təkmilləşdiriləcək, çünki orijinal kontrakt çoxdan imzalanıb. O, raketlərin İrana nə vaxt çatdırılacağını açıqlamayıb.

Rusiya Qərbin təzyiqi altında 2010-cu ildə bu kontraktı ləğv edib. Ancaq İranla dünya gücləri aralıq sazişi əldə edəndən sonra, bu ilin aprelində qadağanı götürüb.

Moskva İrana sanksiyalar yumşaldılandan sonra iqtisadi və ticari faydalar götürməyi hədəfləyir.

İsrail və ABŞ Rusiyanın S-300-lə bağlı qərarından narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG